İran adlı dövlətin tarixdə siyasi sərhəddi olmayıb

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə "Azərbaycan dövlətçiliyi" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra ənənəyə uyğun olaraq BAO MŞ-nın üzvü Zəka Sahib Güney Azərbaycanda son həftə ərzində baş vermiş hadisələr haqqında  məlumat verdi.
Sonra tarixçi alim Mübariz Ağalarlı "Azərbaycan dövlətçiliyi"  mövzusunda geniş məruzə ilə çıxış etdi. Ümumtürk O, orta əsrlərdə "Azərbaycan" ifadəsinin ilk dəfə "Azərbican" şəklində ərəb mənbələrində işləndiyini və geniş coğrafiyası haqqında məlumat verildiyini qeyd etdi. “7-8-ci əsrlərdə Azərbaycanın siyasi coğrafiyası ərəb mənbələrində dəqiqliyi ilə qeyd olunub. Şərqdə xəzər dənizi,qərbdə Ərzurum, şimalda Dərbənd daxil olmaqla cənubda Kənkər körfəzinə qədər.Azərbaycan şəhərləri haqqında yüksək fikirlər yürüdülüb. Bir neçə dövlət var ki indiki adı ilə o vaxtkı adı eynidir. Çin, Hindistan, Misir və Azərbaycan. Bu da əsas verir deyək ki istər sivilizasiya baxımdan, istər mədəniyyət baxımından Azərbaycan əhalisinin yaşadığı məmləkət ən qədim dövlətçilik ənənəsi olan bir ərazi olubdur.”
“Biz İran adını inkar adını inkar etməməliyik.
İran adlı dövlətin tarixdə sərhəddi olmayıb.
Yeddinci əsrdən bu yana Azərbaycan ərazisində yaranan bütün dövlətlər Azərbaycan dövlətləridir. Bu dövlətləri Azərbaycan Türkləri yaradıblar. Biz həmişə öz ərazimizdə dövlət qurmuşuq. Bunun da əsas səbəbi əkinçilik və başqa mədəniyyətlərimizin güclü olmasıdır.
Azərbaycan dövlətçiliyinin kulminasiyası Səfəvilər hakimiyyətidir.”
Daha sonra Bəxtiyar Tuncay, Dilavər Əzimli, Faiq Ələkbərov, Paşa Oğuz, Aydın Mədətoğlu, Firudin Ağasıoğlu və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiyanı davam etdirdilər
Sonda növbəti tədbirin bir həftə sonra -  1 mart, 2014-cü ildə keçirilməsi qərara alındı.
https://www.youtube.com/watch?v=oW3y49yePy8
https://www.youtube.com/watch?v=erDpwHBMuKE
Bao mətbuat xidməti.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn