Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

Urmiya gölü qurumaqda davam edir

“Urmiya gölünün qurumasının artması gələcək aylarda ətraf mühitə daha da mənfi təsir göstərəcək”. APA agentliyinin məlumatına görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib.
Onun sözlərinə görə, Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalıb: “Son 13 ildə yağıntıların miqdarının azalması ilə yanaşı, yağıntıların şəklinin dəyişməsi və temperaturun artması Urmiya gölünün qurumasına təsir göstərib. Hazırda gölün cənub hissəsində quruma prosesi daha çox müşahidə edilir. Urmiya gölündəki adalara səfər edərkən çətinliklərlə qarşı-qarşıya qalırıq”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ərazisində yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn