Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

Abbas Nikrəvan polis məmurlarının hücumuna məruz qalıb

Tanınmış güneyli musiqiçi və mədəni fəal Abbas Nikrəvan Şəbistər şəhərində iştirak etdiyi bir tədbirdə polis məmurlarının hücumuna məruz qalaraq bədən xəsarəti alıb.
Amerikanın Səsi Azərbaycan veb səhifələrinə istinadən bildirir ki, olayla bağlı şəkillər yayan Günaz TV saytının yaydığı məlumata görə, hadisə aprelin 5-i gecə Şəbistərin Nadarlı kəndində keçirilən bir toy mərasimində baş verib.
“Məmurlar Nadarlı kəndində yaşayan bir milli fəalın toy mərasiminə hücum edərək, mərasimi dağıdıb və musiqi ifa edən Abbas Nikrəvanı döyüblər. Ağır yaralar alan musiqiçi Şəbistər xəstəxanasına aparılıb,” deyə Günaz TV əlavə edib.
Yayılan məlumata görə, “azərbaycanlı musiqiçi həmin gecə Şəbistərdən ayrılıb yaşadığı Salmas şəhərinə geri döndüyü zaman yol polisi tərəfindən saxlanılaraq İran polis orqanı olan Əmakin İdarəsində sorğu-sual edilib. Məmurlar salmaslı sənətçini ertəsi gün sərbəst buraxıblar.”
Abbas Nikrəvan keçmişdə də milli mərasimlərdə iştirakı və apardığı mədəni fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn