Ərdəbil dəmir zavodu bağlanıb, 275 nəfər işsiz qalıb

demir-zavod İran xəbər agentlikləri Ərdəil dəmir əritmə zavodunun iyunun 2-də qapadıldığı və bununla zavodun 275 işçisinin işsiz qaldığını bildirib.
 Yarı-rəsmi Mehr xəbər agentliyinə müsahibə verən Ərdəbil Əmək Koalisiyasının (İşçi evi) katibi Murtaz Muqəddəm zavodun gözlənilmədən qapadıldığını və bununla bağlı zavodun məsulları tərəfindən məlumat verilmədiyini açıqlayıb.
 Murtaza Muqəddəmin dediklərinə görə, Ərdəbil zavodu qapandıqdan öncə də işçilərin maaşı dörd ay  ödənməyib və fəhlələrin əmək hüquqları təmin edilməyib .
“Zavod məsulları ilə işçilərin maaşlarının gecikdirilməsi və hüquqlarının təmin edilməsi ilə bağlı müzakirə aparılıb və işçilərin haqları təmin olanadək  zavodun hər ay 30 gün yerinə 45 günlük maaş ödəyəcəyinə dair qərar qəbul olunub”-deyə İşçi evi katibi qeyd edib. Onun sözlərinə görə, əlavə ödənişlər iyunun 2-i, yəni zavodun bağlandığı tarixdən etibarən başlanmalı idi.
 Mehr agentliyi işçilərdən bir qrupun iyunun 2-də Ərdəbil Əmək və Sosial Müdafiə idarəsi qarşısında toplandıqları ilə bağlı məlumat yayıb. İşçilər hüquqlarının təmin edimləsini tələb edirlər.
Dəmir əritmə zavodu Ərdəbil vilayətinin Nəmin şəhərində yerləşib.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn