Azərbaycan nələr geçir başından- Eldar Güneyli
- توضیحات
- منتشر شده در دوشنبه, 05 آبان 1393 23:22
1
 Azərbaycan nələr geçir başından
 Torpaqlarin bölünür arşınınan
 Borçalıya ad verirlər Gürcistan
        Astara, Ənzəli[1] adlanır Gilan[2]
        Qürvə, Bicar-ın söylənir Kürdistan.
2
 Qarabağın çıxmayıb işqaldan
 Daşnak erməniyə verirlər iskan
 İşqalçılar deyirlər Ermənistan
        Ağdam ilə Xocalın olub viran
        Minlərlə insanın olub sərgərdan.
3
 Sağ-soldan əl qoyublar torpaqlaran
 Cənubda[3] bölür adın qoyur ustan[4]
 Torpağın adlanmasın Azərbaycan
       Harda qalıb qeyrətli oğlanların
       Sənə yad kor baxır Azərbaycan.
4
 Qəzvin ilə Zənganı ayırıblar
 Ərdəbilidə bir ustan qurublar
 Həmədanı daha farslaşdırıblar
       Torpaqların param-parçalayıblar
       Azərbaycan adını qaldırıblar
5            
 Qalmayıb qeyrətimizi burublar
 Vətənin adını İran qoyublar 
 Fars dilini ağızlara salıblar
        İran adı ilə farslaşdırırlar
        Kökü kəsilənlər manqurtlaşırlar.             
 6
 Uşaqlarin oxuyub farslaşırlar
 Kəndi kültüründən uzaqlaşırlar
 Biganə[5] kültürdə formalaşırlar
        Özlərini iranlı tanıyırlar 
        Azərbaycana biganə baxırlar.
7
 Bütün ailəmizə xor baxırlar
 Milli mənliyimizidə danırlar
 Ürəyimizi qanla doldururlar
        Bunlar[6] hanki əsirdə yaşayırlar?
        Niyə Başqalarını[7] alçaldırlar?   
        Azərbaycan nələr geçir başından?
       Eldar Güneyli     24.10.2014   
                      
 
 
 
 





