Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.

İran Azərbaycanında ortaq əməkdaşlıq komitəsi yaradılıb

Əlirza Quluncu
Xəbər agentlikləri İranda Azərbaycan vilayətlərinin dördü arasında ortaq əməkdaşlıq komitəsinin yaranması ilə bağlı məlumat yayıb. Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan valilərinin təşəbbüsü ilə təşkil olunan komitənin bu vilayətlərdə inkişaf proqramlarını sürətləndirmək məqsədi ilə fəaliyyət göstərəcəyi bildirilib.
Ortaq komitə ilə bağlı yarı-rəsmi Mehr xəbər agentliyinə məlumat verən Zəncan valisi Cəmşid Ənsarinin sözlərinə görə, komitə bu vilayətlər arasındakı bənzərlikləri diqqətə alaraq təşkil olunub.
Vali həmçinin bu dörd vilayətdə ölkədəki milli gəlirdən istifadə payının aşağı səviyyədə olduğunu bəyan edib. Onun dediklərinə görə, dörd vilayətin İranın milli gəlirindən səhmi 6 faizdən aşağıdır.
Mehr xəbər agentliyi yaydığı xəbərdə adları çəkilən vilayətləri “ölkənin şimal-qərb vilayətləri” olaraq təqdim edib.
Pəhləvilər və İran İslam Respublikası dövrlərində inzibati bölmələrin dəyişdirilməsi ilə birlikdə Azərbaycan bölgələrində təşkil olunan yeni vilayətlər üzərindən Azərbaycan adı götürülüb.
Adətən Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərindən əlavə Həmədan və Qəzvin vilayətləri, habelə bir neçə başqa vilayətdə yerləşən bəzi şəhərlər İranın Azərbaycan bölgələri olaraq tanınır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə bu altı vilayətdə yaşayan əhalinin əksəriyyətini türklər təşkil edir.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn